Tikinti və təmir işlərindən sonra gələn ən son mərhələ – TƏMİRDƏN SONRA TƏMİZLİKdir. Bu çox zəhmət tələb edən işdir və onu təkbaşına həyata keçirmək çətindir, çünki əmələ gələn çirk çox spesifikdir və xüsusi müdaxilə tələb edir. BAKIDA TƏMİRDƏN SONRA TƏMİZLƏMƏ xidmətinə, ilk növbədə, tikinti materialları, qarışıqlar, ləkələr, yapışqan, qoruyucu lent, germetika, zamaska (“şpaklyovka”), sement tozu, boya qalıqları və başqa çirklənmələrin aradan qaldırılması daxildir. Siz bizim şirkətdə təmirdən sonra təmizləmənin təxmini qiymətini xüsusi formanın köməyi ilə hesablaya bilərsiniz.